​Azərbaycanlı atıcı 10 m. məsafəyə pnevmatik tapançadan atəş açmada 15-ci olub

Fərdi
  • 06 avqust, 2016
  • 19:09
​Azərbaycanlı atıcı 10 m. məsafəyə pnevmatik tapançadan atəş açmada 15-ci olub

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edib.

"Report"un məlumatına görə, 27 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında mübarizə aparıb.

O, 6 atışın cəmində (96+94+95+97+96+99) 577 xal toplayıb. Nəticədə Lunyov 15-ci yeri tutub. Azərbaycanlı atıcı ilk "8-liy"ə düşə bilmədiyindən, final mərhələsindən kənarda qalıb.

Qeyd edək ki, Ruslan Lunyov avqustun 12-də Bakı vaxtı ilə saat 20:15-də 25 metr məsafəyə sürətli tapançadan atış üzrə seçmə mərhələ yarışlarına da qatılacaq.

44 filmi