Azərbaycanın voleybol millisinin baş məşqçisi seçim xarakterli məşqlər keçirib
Fərdi
- 02 sentyabr, 2024
- 15:36
Voleybol üzrə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən Qəbələ Olimpiya İdman Kompleksində seçim xarakterli məşqlər keçirilib.
"Report" xəbər verir ki, baş tutan məşqlərdə “Oğuz”, “Tovuz” və “Gəncə” Regional Voleybol Klublarının, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçuları iştirak ediblər.
20 idmançının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.
Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.
Son xəbərlər
23:22
ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent"in qiymət proqnozunu bir barel üçün 68,91 dollara qaldırıb
Energetika23:07
KİV: HƏMAS yalnız Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır
Digər ölkələr22:49
Qubada zəlzələ olub
Hadisə22:47
Rimas Kurtinaytis: "Razıyam ki, "Sabah"ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi"
Komanda22:41
Çinin taykonavtları stansiyadan açıq kosmosa 8 saatlıq çıxış həyata keçiriblər
Digər ölkələr22:29
Foto
Azərbaycan mədəniyyəti Vaşinqtonda beynəlxalq sərgidə maraqla qarşılanıb
Mədəniyyət siyasəti22:13
ABŞ Energetika Nazirliyi neft hasilatı proqnozunu gündə 13,61 milyon barelə qaldırıb
Energetika22:03
Video
İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Xarici siyasət22:02