Azərbaycanın taekvondo yığmaları Avropa çempionatına Daşkənddə hazırlaşacaq

Azərbaycanın taekvondo yığmaları Avropa çempionatına Daşkənddə hazırlaşacaq Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıb.
Fərdi
28 Aprel , 2022 18:05
Azərbaycanın taekvondo yığmaları Avropa çempionatına Daşkənddə hazırlaşacaq

Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirən yığmalar hazırlığın ikinci mərhələsini Özbəkistan komandası ilə birgə keçirəcək.

Kollektiv Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlimlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq.

Məşqlərə qadınlardan Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova və Qönçə Hüseynli, kişilərdən isə Radik İsaev, Milad Beigi Hərçəqani, Xanoğlan Kərimov, Pərviz İskəndərov, Taleh Süleymanov, Gaşım Maqomedov, Səyyad Əlizadə və Eltac Qafarovu cəlb edilib.

Hazırlıq prosesi mayın 8-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatı 19 - 22 mayda Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi