Azərbaycanın sumo güləşçiləri Macarıstanda 13 medal qazanıblar
Fərdi
- 18 yanvar, 2023
- 16:18
Azərbaycanın sumo güləşçiləri Macarıstanın Erd şəhərində keçirilən "Erd Cup 2023" turnirində 13 medal qazanıb.
"Report"un məlumatına görə, yarışda 7 idmançı ilə təmsil olunan milli komanda 3 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib.
Böyüklər arasında Camal Feyziyev 115 kq-dan yuxarı çəkidə 1-ci, mütləq çəkidə 3-cü yeri tutub. Sadiq Ağamaliyev 115 kq-da bürünc, mütləq çəkidə gümüş medala layiq görülüb. 70 kq-da çxış edən Xəyyam Abdullayev 3-cü yerlə kifayətlənib.
Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medal qazanıblar.
Şıxbabayev və Hacıyev yeniyetmələr kateqoriysasında turnirin qalibi, Bəxtiyarov və Məmmədzadə 3-cü olublar.
Son xəbərlər
01:42
Vens İsraildə İranla münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu bildirib
Digər ölkələr01:18
Lionel Messi İngiltərə - Argentina matçının ən yaxşı oyunçusu olub
Futbol01:04
DÇ-2026: Finalda və üçüncü yer uğrunda üz-üzə gələcək komandalar müəyyənləşib
Futbol01:03
Foto
DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6
Futbol00:33
Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur
Energetika00:19
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk edir
Digər ölkələr00:15
Messi dünya çempionatlarının yarımfinalında iştirak edən ən yaşlı meydan oyunçusu olub
Futbol23:50
Serbiyanın Aİ-yə üzvlüyü: III klasterin açılması üçün bütün meyarları yerinə yetirib
Digər ölkələr23:31