Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent Cup" yarışını iki medalla başa vurublar.
Federasiyadan "Report"a verilən məlumata görə, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.
Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi bürünc medala da layiq görülüb.