Azərbaycanın şahmat yığması dünya çempionatında heç-heçə edib

Azərbaycanın şahmat yığması dünya çempionatında heç-heçə edib Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
27 Sentyabr , 2021 22:11
Azərbaycanın şahmat yığması dünya çempionatında heç-heçə edib

Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında ikinci görüşündə Ermənistan idmançıları ilə heç-heçə edib.

"Report"un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ikinci görüşündə Ermənistan təmsilçiləri ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Günay Məmmədzadə Elina Danielyana, Gülnar Məmmədova Lilit Mkrtçyana qalib gəlib. Türkan Məmmədyarova Anna Sarqsyana, Zeynəb Məmmədyarova Susanna Qaboyana məğlub olub.

Dünya çempionatı

A qrupu

II tur

Azərbaycan - Ermənistan - 2:2

Günay Məmmədzadə - Elina Danielyan - 1:0

Gülnar Məmmədova - Lilit Mkrtçyan - 1:0

Türkan Məmmədyarova - Anna Sarqsyan - 0:1

Zeynəb Məmmədyarova - Susanna Qaboyan - 0:1

Qeyd edək ki, dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

18:55

Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. İlk turda Z.Məmmədyarova istirahət edib.

Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.

Dünya çempionatı

A qrupu

I tur

Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0

Son xəbərlər

Orphus sistemi