Azərbaycanın gənc güləşçiləri beynəlxalq turniri 11 medalla tamamlayıblar

Azərbaycanın gənc güləşçiləri beynəlxalq turniri 11 medalla tamamlayıblar Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turniri 11 medalla başa vurublar.
Fərdi
18 May , 2023 17:24
Azərbaycanın gənc güləşçiləri beynəlxalq turniri 11 medalla tamamlayıblar

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turniri 11 medalla başa vurublar.

“Report” xəbər verir ki, Astanada təşkil edilən yarışda U-20 yığmasının üzvləri ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.

Memorialın son günündə İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olublar. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) finalda məğlub olaraq gümüş mükafata yiyələniblər. Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə ediblər.

Bundan əvvəl turnirdə Ruslan Nurullayev (72 kq) birinci, İsmayıl Rzayev (82 kq) ikinci, Fərid Sadıxlı (55 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Son xəbərlər

Orphus sistemi