Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda mübarizəyə başlayır

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda mübarizəyə başlayır Dünya çempionatı iyunun 4-də başa çatacaq
Fərdi
31 May , 2023 08:51
Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

87 kq-dakı Taleh Süleymanov eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi