Azərbaycanın Avropa birincisi: "Uğurlu nəticələr üçün əlimizdən gələni etdik"

Azərbaycanın Avropa birincisi: "Uğurlu nəticələr üçün əlimizdən gələni etdik" Uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni etdik.
Fərdi
5 Noyabr , 2024 07:08
Azərbaycanın Avropa birincisi: Uğurlu nəticələr üçün əlimizdən gələni etdik

Uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni etdik.

“Report” xəbər verir ki, bunu Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov jurnalistlərə açıqlamasında deyib.

“Yarış çox yaxşı keçdi. İki gümüş, bir qızıl medal qazandım. Federasiya rəhbərliyinə diqqət və qayğıya görə təşəkkür edirəm. Rəqiblərim çox güclü idi. Buna baxmayaraq, üç medal qazandım. Qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşacağıq”, - R.Alməmmədov deyib.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 26-dan noyabrın 3-dək keçirilmiş Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.

O cümlədən Ömər Cavadov da qızıl medal əldə edib.

Son xəbərlər

Orphus sistemi