Azərbaycan təşkil olunacaq III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə idman federasiyalarının məsul şəxsləri iştirak ediblər.
İclasda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.