Qarabağ atları Londonda rəqs kompozisiyası göstərəcək

Qarabağ atları Londonda rəqs kompozisiyası göstərəcək Bu gün Böyük Britaniyanın paytaxtı Londonda kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu start götürəcək.
Fərdi
117
12 May , 2022 11:20
Qarabağ atları Londonda rəqs kompozisiyası göstərəcək

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda kral ailəsi üzvlərinin şərəfinə ənənəvi "Royal Windsor Horse Show" (Vindzor Kral Atçılıq Şousu) start götürəcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) "Report"a verilən məlumata görə, Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası II Yelizavetanın iştirakı ilə keçiriləcək şouya Azərbaycan təmsilçiləri də qatılacaq.

Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan təd­birdə Azərbaycan nümayəndələri "Odlar Yurdu” adlı xüsusi proqram təqdim edəcək.

Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilat­çı­lığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əmək­dar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 sü­varisi Qarabağ atları üzərində hərəkətləri nü­ma­yiş etdirəcək, əməkdar ar­tis­t, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansam­blı milli musiqinin sədaları altında rəqs kompozisiyası sərgiləyəcək.

Üç gün davam edəcək şouda Azər­bay­can nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub. Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı, Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri 2012-ci ildən bu şouya qatılır.

Son xəbərlər

Orphus sistemi