Azərbaycan taekvondoçusu Fəridə Əzizova "Rio-2016"da ilk görüşünü qalib başa vurub
Fərdi
- 19 avqust, 2016
- 14:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova ilk görüşünə çıxıb.
"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova 1/8 finalda ABŞ-dan olan Peyc Makfersonla üz-üzə gəlib.
İlk hissədə 21 yaşlı idmançı hesabı açsa da, rəqibi 3 xalla önə keçib. İkinci hissədə tərəflər hərəyə 1 xal qazanıblar. Son hissədə isə daha fəal təsir bağışlayan F.Əzizova rəqibinə 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 1/4 finalda taekvondoçumuzun rəqibi Nigora Tursunkulova (Özbəkistan) olacaq. Bu döyüş saat 23:00-da keçiriləcək.
Son xəbərlər
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr