Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub Azərbaycan taekvondoçusu Şəms Əlizadə (160 sm) Serbiyanın paytaxtı Belqradda keçirilən yeniyetmələr arasında Avropa çempionatının qalibi olub.
Fərdi
21 Oktyabr , 2023 13:14
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Şəms Əlizadə (160 sm) Serbiyanın paytaxtı Belqradda keçirilən yeniyetmələr arasında Avropa çempionatının qalibi olub.

“Report” xəbər verir ki, ilk mərhələdən azad olan idmançı bütün rəqiblərini məğlub edib.

O, ardıcıl olaraq isveçli Nazaah Valiul, polşalı Barba Strjemkovska, bosniya və herseqovinalı Laura Kuyaçuç və serbiyalı Sanya Brkiçə 2:0 hesabı ilə qalib gələrək, qitə çempionu tituluna yiyələnib.

Azərbaycan yığmasının digər üzvü İlyas Hətəmli (160 sm) də fəxri kürsüyə yüksəlib. O, Natan Degiorgio (Malta) və Dmitri Stepurenkonu (Ukrayna) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Taekvondoçu bu mərhələdə Abubakr Şaxmaqomedovə (AİN) 1:2 hesabı ilə uduzaraq, Avropa çempionatının bürünc medalını əldə edib.

Qeyd edək ki, Şəms Əlizadə avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi