Azərbaycan samboçuları Avropa çempionatında 8 medal qazanıb

Azərbaycan samboçuları Avropa çempionatında 8 medal qazanıb Əliş Yusifov finalda erməni əsilli Arman Tovmasyanı, Tural Allahverdiyev isə Ermənistan təmsilçisi Ernest Hayrapetyanı məğlub edib
Fərdi
231
11 Aprel , 2016 15:27
Azərbaycan samboçuları Avropa çempionatında 8 medal qazanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Fransanın Tuluza şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası yarışı 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.

Fəxri kürsünün ən yüksək pilləsinə yeniyetmələrdən Asim Əhmədov (70 kq), gənclərdən Əliş Yusifov (48 kq) yüksəlib. Yeganə gümüş medala gənc samboçu Aslan Mirzəyev (90 kq) sahib çıxıb. Bürünc medalları isə yenyetmələrdən Fuad Məmmədov (56 kq), Tural Allahverdiyev (62 kq) və Bahadır Əsgərov (65 kq), gənclərdən Murad Əliyev (52 kq) və Abdulla Abdullayev (60 kq) qazanıb.

Qeyd edək ki, hər iki Avropa çempionu finalda rusiyalı rəqiblərini məğlub edib. Asim Əhmədov Yevgeni Koskoya qalib gəlibsə, Əliş Yusifov erməni əsilli Arman Tovmasyanı üstələyib. Tural Allahverdiyev isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Ernest Hayrapetyanı məğlub edib.   

Son xəbərlər

Orphus sistemi