Azərbaycan şahmatçısı "Airthings Masters"in I divizionunda mübarizəyə başlayır
Fərdi
- 06 fevral, 2023
- 05:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster 1/4 finalda ABŞ təmsilçisi Uelsli So ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku (Hindistan) - Hikaru Nakamura (ABŞ) duelinin güclüsü ilə qarşılaşacaq.
1/4 finalda həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana ilə, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.
Qeyd edək ki, "Airthings Masters" fevralın 10-da başa çatacaq.
Son xəbərlər
06:48
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub
Digər ölkələr
06:10
İran Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus kəşfiyyat PUA-sını vurub
Region
05:43
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
Region
05:08
Mourinyo hakim qərarlarından narazı qalıb
Futbol
04:45
Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb
Digər ölkələr
04:13
İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb
Region
03:49
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
Digər ölkələr
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr