Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib

Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti konfransında büdcə hesabatı təsdiq olunub.
Fərdi
24 May , 2024 16:14
Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) büdcəsi təsdiqlənib.

"Report" xəbər verir ki, bu, qurumun növbəti konfransında həllini tapıb.

AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 2023-cü il üzrə büdcə hesabatı dinlənilib və təsdiq olunub. Cari ilin büdcəsi də müzakirə olunaraq qəbul edilib.

Qurumun nəzdində fəaliyyət göstərən Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Qadın və Sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb.

AŞF-nin prezidenti Mahir Məmmədov şahmat veteranlarının təqaüd proqramı barədə məlumat verib.

O, Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Gennadi Qelman və Elmira Əliyevanı yubiley münasibəti ilə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi