Azərbaycan millisinin kubalı baş məşqçisi: “Hazırkı boksçularla yaxşı nəticə əldə edəcəyik”

Azərbaycan millisinin kubalı baş məşqçisi: “Hazırkı boksçularla yaxşı nəticə əldə edəcəyik” “Yığma hazırkı boksçularla yaxşı nəticə əldə edəcək”.
Fərdi
13 Dekabr , 2023 16:45
Azərbaycan millisinin kubalı baş məşqçisi: “Hazırkı boksçularla yaxşı nəticə əldə edəcəyik”

“Yığma hazırkı boksçularla yaxşı nəticə əldə edəcək”.

Bunu “Report”a açıqlamasında boks üzrə Azərbaycan millisinin baş məşqçisi Pedro Roke deyib.

Kubalı mütəxəssis ötən həftə başa çatan Azərbaycan çempionatının nəticələrini dəyərləndirib. O, yığma üzvlərinin çıxışından razı qaldığını bildirib: “Azərbaycan çempionatı çox güclü keçdi. Yarış hər il daha güclü və maraqlı alınır. Budəfəki çempionat da belə oldu. Millinin bir neçə aparıcı üzvü turnirdə qüvvəsini sınadı və yaxşı nəticə qazandı. Düşünürəm ki, sürpriz nəticə olmadı. 57 və 63,5 kq çəki dərəcələrində çempionlar dəyişdi. Ancaq Şamil Əsgərov (57 kq) da millinin üzvü idi, bizimlə birlikdə məşq etmişdi. Tayfur Əliyev (63 kq) də yığmanın boksçusudur. Onun uğuru da təəccübləndirici olmadı”.

Pedro Roke əsas məqsədlərinin Paris-2024 Yay Olimpiya Oyunlarına yaxşı hazırlaşmaq olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, ölkə çempionatının mükafatçıları yığmanın heyətinə cəlb olunacaqlar və beynəlxalq yarışlarda çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi