Azərbaycan millisinin baş məşqçisi: "Mənim üçün əsas nəticədir"

Azərbaycan millisinin baş məşqçisi: "Mənim üçün əsas nəticədir" "Mənim üçün ən əsası nəticədir".
Fərdi
14 Aprel , 2023 14:05
Azərbaycan millisinin baş məşqçisi: Mənim üçün əsas nəticədir
Semyon Çterev

"Mənim üçün ən əsası nəticədir".

"Report" xəbər verir ki, bunu qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Semyon Çterev Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Bolqarıstanlı mütəxəssis hazırlığın yaxşı davam etdiyini bildirib: "Artıq 10 gündür ki, Bakıdayıq. Hələlik burada məşqlərə davam edirik".

Çterev Avropa çempionatındakı hədəflər barədə danışıb: "Mümkün qədər ən yaxşı şəkildə çıxış etmək istəyirik. Mariya Stadnik, Elis Manolova kimi böyük təcrübəyə malik idmançılarımız var. Həmçinin, gənclərə də inanıram. Bizim çox yaxşı gənc güləşçilərimiz var. Fikrimcə, onlar da Avropa çempionatından medalla qayıda bilərlər. İdmanda hər zaman zədə olur. Amma indi zədə yox, qitə birinciliyi barədə düşünürük".

Qeyd edək ki, Avropa çempionatı 17 - 23 apreldə gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi