Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmiləri WADA-nın tədbirinə qatılıblar

Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmiləri WADA-nın tədbirinə qatılıblar Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Kann şəhərində keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransına (GEC) qatılıblar.
Fərdi
28 Fevral , 2024 18:27
Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmiləri WADA-nın tədbirinə qatılıblar

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Kann şəhərində keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransına (GEC) qatılıblar.

AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 29-dək davam edəcək və Fransa Milli Antidopinq Agentliyinin (AFLD) ev sahibliyi etdiyi konfransa dünyanın 140 ölkəsindən 400-dən artıq iştirakçı qatılıb.

Açılış mərasimində çıxış edən WADA-nın prezidenti Vitold Banka və AFLD-nin rəhbəri Beatris Burjua bildiriblər ki, təhsil antidopinqin ayrılmaz hissəsi və təmiz idmanın qorunmasında mərkəzi mənbədir. Dopinq riskini azaltmaq üçün təhsil mütləqdir. Məlumatlılığın olmaması antidopinq qaydalarının qəsdən pozulmasına və bəzən idmançıların karyerası üçün ciddi nəticələrə gətirib çıxara bilər.

11 sessiyadan ibarət konfransın ikinci günündə idmançıların maarifləndirmə prosesinə cəlb edilməsinin əhəmiyyəti, təhsilin planlaşdırılması və tərtibatların əsasları, təmiz idman davranışlarının inkişafı üçün təhsil, qeyri-ixtiyari dopinq və dəyərlərə əsaslanan təhsil mövzusunda müzakirələr aparılacaq. GEC-də həmçinin Qlobal Təmiz İdman Təhsili Gündəliyi və Beynəlxalq Təhsil Standartının təkmilləşdirilməsi də müzakirə mövzuları sırasında yer alacaq.

Xatırladaq ki, dördüncü dəfə təşkil olunan GEC-ə daha əvvəl Kanada (2015), Çin (2018) və Avstraliya (2022) ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi