Azərbaycan karate millisinin Premyer Liqa üçün heyəti bəlli olub
Fərdi
- 12 yanvar, 2024
- 06:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan karate millisinin 2024-cü ilin ilk mötəbər yarışı üçün heyəti bəlli olub.
“Report”un Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən məlumatına görə, Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqada 8 idmançımız mübarizə aparacaq.
Reytinq turnirində Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və üçqat dünya çempionu İrina Zaretska (68 kq) tatamı üzərinə çıxacaqlar.
Qeyd edək ki, yanvarın 26-28-i aralığında keçiriləcək Premyer Liqada 58 ölkədən 381 karateçi iştirak edəcək.
Son xəbərlər
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol
02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək
Digər ölkələr
02:21
Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr
02:00
Foto
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol