Azərbaycan Karate Federasiyasının rəhbərliyi idman karatesi (WKF) üzrə böyüklərdən ibarət milli komandanın üzvləri və baş məşqçilər, böyük məşqçi və məşqçi köməkçiləri ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı milli üzvlərinin problemləri dinlənilib, gələcəkdə iştirak edəcəkləri beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyyələr verilib.
Federasiya rəhbərliyi həmçinin milli üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretskanı qəbul edib. İdmançı diqqətə görə Gənclər və İdman Nazirliyinə və AKF -in rəhbərliyinə təşəkkürünü bildirib. O həmçinin 1 illik fasilədən (analıq məzuniyyəti) sonra qarşıdakı yarışlara hazır olduğunu bildirib.
Qeyd edək ki, son beynəlxalq yarışlarda fərqlənən, yüksək döyüş və əzm nümayiş etdirən milli üzvü Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul edilib.