Azərbaycan Karate Federasiyası "Report" İnformasiya Agentliyini mükafatlandırıb

Fərdi
  • 28 yanvar, 2025
  • 12:24
Azərbaycan Karate Federasiyası Report İnformasiya Agentliyini mükafatlandırıb

Azərbaycan Karate Federasiyası (AKF) "Report" İnformasiya Agentliyini mükafatlandırıb.

Fəxri diplom "Report"a AKF-nin idman tədbirlərinin işıqlandırılması və karatenin təbliği, təşviqi sahəsində göstərdiyi dəstəyə görə verilib.

Mükafatı "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin redaktoru Kənan Həsənova qurumun prezidenti Ülvi Quliyev təqdim edib.

44 - Tezliklə