Azərbaycan idmançısının olimpiadada böyük slalom yarışına qatılmamasının səbəbi müəyyənləşib
Fərdi
- 19 fevral, 2018
- 07:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyilə əlaqədardır. Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 26-da yekun vurulacaq.
Son xəbərlər
08:19
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:44
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
Region
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr
06:54
"The Atlantic": Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
Digər ölkələr
06:28
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Digər ölkələr
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr