Azərbaycan idmançısı Avropa birinciliyinin qalibi olub
Fərdi
- 19 iyun, 2024
- 09:24
Azərbaycan idmançısı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin qalibi olub.
"Report" xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda təmsilçimiz İsa Əliyev "körpücük" üzərinə çıxıb.
O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırmada 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub.
İdmançı təkanla qaldırmada 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son xəbərlər
04:29
Tramp DTN-in şatdaununa görə fövqəladə vəziyyət elan edib
Digər ölkələr04:02
Foto
Türkiyə ilə Azərbaycan arasında media və kommunikasiyada əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib
Media03:49
Foto
Dünya Bankı Serbiyanın qaz sektoru layihələrinə dəstək verəcəyini bildirib
Digər ölkələr03:37
Merts: İran ətrafında münaqişə NATO-nun müharibəsi deyil
Digər ölkələr03:11
Tramp: ABŞ-nin növbəti hədəfi Kuba olacaq
Digər ölkələr02:52
Stiv Uitkoff: ABŞ İrandan nizamlama təklifinə cavab gözləyir
Digər ölkələr02:38
Burhanəddin Duran: Azərbaycanla bir sıra sahələrdə kommunikasiya körpüsü qurmağı hədəf seçmişik
Media02:22
BMT Hörmüz boğazı üzrə İşçi Qrupun işinə neft daşınmalarını daxil etməyəcək
Digər ölkələr01:56