Azərbaycan güləşçisi Avropa çempionu olub
Fərdi
- 02 iyul, 2025
- 22:39
İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Son xəbərlər
15:10
Video
Rəhim Həsənov Premyer Liqanın IV turunun oyunlarında hakimlərin doğru qərar verdiyini açıqlayıb
Futbol15:05
Foto
Azərbaycan Romada FAO-nun Balıqçılıq Komitəsinin sessiyasında iştirak edir
ASK15:03
Foto
Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət edib
İnfrastruktur15:02
Azərbaycanda 8 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 23 milyon manatdan çox ƏDV geri qaytarılıb
Maliyyə14:57
Foto
Bakıda TRACECA-ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib
İnfrastruktur14:57
Rüfət Rüstəmov: Azad olunmuş ərazilərdə əməyin mühafizəsinə ciddi diqqət yetirilir
Sosial müdafiə14:55
Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
Daxili siyasət14:53
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
Futbol14:46