Azərbaycan güləşçisi Avropa çempionu olub
Fərdi
- 02 iyul, 2025
- 22:39
İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Son xəbərlər
20:04
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Digər20:01
Vüqar Məmməd: "4-5 top fərqi ilə qalib gələ biləcəyimiz oyun heç-heçə yekunlaşdı"
Futbol19:54
Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
Digər ölkələr19:52
İranda ABŞ və İsraillə münaqişə ilə əlaqədar edam hökmləri sürətləndirilir
Digər ölkələr19:41
Ayxan Abbasov: "Zirə"ni 1 xal qazanması münasibəti ilə təbrik edirəm"
Futbol19:26
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi start götürüb
Komanda19:19
Dövlət Departamenti Bəhreyndəki ABŞ vətəndaşlarına evlərini tərk etməməyi tövsiyə edib
Digər ölkələr19:08
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
Futbol19:06