Azərbaycan güləşçisi Almaniya Qran-prisində qızıl medal qazanıb

Azərbaycan güləşçisi Almaniya Qran-prisində qızıl medal qazanıb Xetaq Qazyumov finalda polşalı Radoslav Baranı 5:0 hesabı ilə yenib
Fərdi
2 İyul , 2016 21:57
Azərbaycan güləşçisi Almaniya Qran-prisində qızıl medal qazanıb

Bakı. 2 iyul. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir.

"Report" xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığması ilk medalını qazanıb.

97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla məğlub edən Xetaq, yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baranı 5:0 hesabı ilə yenib.

97 kq
1/8 final - Xetaq Qazyumov - Nobl Jordan (FRA)11:0
1/4 final - Xetaq Qazyumov - Serdar Bone (TUR) 10:0
1/2 final - Kyle Snyder (USA) - Xetaq Qazyumov 1:2
FİNAL - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:5

Son xəbərlər

Orphus sistemi