Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb

Fərdi
  • 07 noyabr, 2026
  • 10:38
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Milli komandanın üzvü batut gimnastikası üzrə yarışın yarımfinal mərhələsində 56.140 xal toplayaraq 6-cı yeri tutub və finalda medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Mahsudovanın uğurlu çıxışının diqqətçəkən məqamlarından biri Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brayoni Peydci altı pillə qabaqlaması olub.

Kişilərin fərdi proqramında çıxış edən digər təmsilçimiz Maqsud Mahsudov isə yarımfinalda 37.850 xal toplayaraq yarışı 20-ci pillədə başa vurub.

Qeyd edək ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda da uğurlu çıxış edərək finala yüksəliblər. Beləliklə, Selcan Mahsudova dünya çempionatında iki proqram üzrə medal qazanmaq uğrunda mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycan gimnastlarının çıxışları davam edir.

44 filmi