Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək

Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə"də Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunacaq.
Fərdi
30 Yanvar , 2025 13:37
Azərbaycanı Fransada keçiriləcək Böyük Dəbilqədə 10 cüdoçu təmsil edəcək

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.

İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 1-2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi