Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər “Bu il Avropa Oyunlarında ancaq qarışıq komanda yarışları olacaq. Biz isə çox güman ki, orada iştirak etməyəcəyik”.
Fərdi
10 Yanvar , 2023 15:35
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

“Bu il Avropa Oyunlarında cüdo üzrə ancaq qarışıq komanda yarışları olacaq. Biz isə çox güman ki, orada iştirak etməyəcəyik”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

Baş katib bildirib ki, buna səbəb qızlar arasında ağır çəkili idmançının olmamasıdır: “Sadəcə, Nigar Süleymanova var. İstedadlı qızdır. Yeniyetmələrin dünya çempionatında qarışıq komanda yarışında bir gün əvvəl çempion olmuş fransalı idmançını uddu. Potensialı var, amma onu Avropa Oyunlarına göndərə bilmərik, “yana” bilər. İrina Kindzerska olsaydı, başqa məsələ. Həm də elə vaxta salıblar ki, uşaqların əsas yarışlara hazırlıq dövrü ilə üst-üstə düşəcək. İyulda Avropa Oyunları, bir ay sonra isə Masters yarışı olacaq”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi