Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.
Fərdi
18 Aprel , 2024 21:15
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.

Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Nizami İmranov, Nurlan Kərimli, Babarəhim Mirzəyev (hamısı 60 kq), Zahir Ağazadə, Məhəmməd Musayev, Eltac Yusifli (hamısı 66 kq), Süleyman Şükürov, Mamed Əzizbekov, Məmmədrza Hacızadə, Qadir Hüseynov (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq), Əjdər Bağırovla Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Ramazan Əhmədov (+100 kq) fəxri kürsüyə qalxmağa çalışacaq.

Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi