Azərbaycan cüdoçuları Avropa çempionatını altı medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan cüdoçuları Avropa çempionatını altı medalla başa vurublar - YENİLƏNİB Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq.
Fərdi
10 Sentyabr , 2023 18:40
Azərbaycan cüdoçuları Avropa çempionatını altı medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatını altı medalla başa vurublar.

"Report" xəbər verir ki, yığma komanda yarışında bürünc medal uğrunda görüşdə Fransa seçməsinə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli (83 kq) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıb.

15:53

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq.

"Report"un məlumatına görə, rəqib Fransa seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli (83 kq) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi