Azərbaycan çempionatının finalçısı: "Bu nəticəni gözləmirdim"

Azərbaycan çempionatının finalçısı: "Bu nəticəni gözləmirdim" “Çempionatda gənclərin oyunu məni təəccübləndirdi. Xüsusilə az yaşlıların oyununu fərqləndirmək istərdim. Variantları çox yaxşı bilirlər. Maraqlı gedişlər oynadılar. Ona görə rəqabətin az olmadığını deməliyəm".
Fərdi
30 Yanvar , 2023 12:46
Azərbaycan çempionatının finalçısı: Bu nəticəni gözləmirdim

"Bu nəticəni gözləmirdim. Çünki hazırda hərbi xidmətdəyəm. Yarışa xüsusi hazırlığım olmayıb".

"Report"un məlumatına görə, bu fikirləri şahmat üzrə Azərbaycan çempionatının finalında Vasif Durarbəyliyə məğlub olan Vüqar Əsədli deyib.

Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verən qrossmeyster yarışla bağlı icazə aldığını və turnirdə ikinci yeri tutacağını düşünmədiyini bildirib: "Karyeramda ilk dəfə ölkə çempionatında gümüş medal qazandım. Final psixoloji olaraq çətin oldu. Klassik oyunda ilk görüşdə qələbə qazandım. Amma uğurun davamını gətirmək alınmadı. Psixoloji olaraq sona qədər səhvsiz oynamaq alınmadı. Oyun baxımından Azərbaycan çempionu olmağa gücüm var idi. Sadəcə hər zaman şahmatda mübarizə istədiyimiz kimi olmur”".

Azərbaycan çempionatında ikinci yerin sahibi olan Vüqar Əsədli yeniyetmə şahmatçıların bütün rəqiblərə müqavimət göstərdiyini qeyd edib: “Çempionatda gənclərin oyunu məni təəccübləndirdi. Xüsusilə az yaşlıların oyununu fərqləndirmək istərdim. Variantları çox yaxşı bilirlər. Maraqlı gedişlər oynadılar. Ona görə rəqabətin az olmadığını deməliyəm".

Son xəbərlər

Orphus sistemi