Azərbaycan boksçularının beynəlxalq turnirdəki ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının beynəlxalq turnirdəki ilk rəqibləri bəlli olub İlk gündə üç idmançı rinqə çıxacaq
Fərdi
20 Fevral , 2023 11:03
Azərbaycan boksçularının beynəlxalq turnirdəki ilk rəqibləri bəlli olub

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda milli üzvlərinin də rəqibləri bəlli olub.

İlk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.

Bolqarıstan, “Strandja” turniri
1/8 final
20 fevral

Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa)
Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya)
Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan)
Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)

1/16 final
21 fevral

Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)

1/8 final
22 fevral

Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan)
Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)

1/2 final
25 fevral

Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)

“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Turnirin qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi