Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub
Fərdi
- 23 oktyabr, 2022
- 05:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.
Boks Federasiyasından “Report”a verilən məlumata görə, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib.
Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.
Son xəbərlər
13:14
Dünya Bankı: Azərbaycan "3I" konsepsiyasına əsaslanan artım modelinə keçməlidir
İqtisadiyyat13:11
Dünya Bankı qlobal qeyri-müəyyənlikdə Azərbaycanda iqtisadi dayanıqlığı qiymətləndirib
Maliyyə13:10
Səfir: Almaniya Azərbaycanla iqtisadi əlaqələrin fəal inkişafını gözləyir
Xarici siyasət13:09
Almaniya rəsmisi: "Bizim təcrübəmiz Azərbaycanda müxtəlif sahələrinin inkişafına töhfə verə bilər"
İnfrastruktur13:08
Elman Eminov: "Azərbaycan inflyasiyanı müxtəlif istiqamətli amillərin balansı hesabına 6 % saxlayır"
Maliyyə13:06
Dünya Bankı: Azərbaycanda xidmət sektorunun liberallaşdırılması ÜDM-i 3 % artıra bilər
Maliyyə13:04
Gerlind Hekman: "Sülh regionda müsbət iqtisadi inkişafa töhfə verir"
İnfrastruktur13:02
CHP-nin daha bir funksioneri istefa verib
Region12:59