Azərbaycan Beynəlxalq Bankı daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb

Azərbaycan Beynəlxalq Bankı daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb Federasiya ilə yeni müqavilə imzalanmayıb
Fərdi
30 Yanvar , 2017 17:18
Azərbaycan Beynəlxalq Bankı daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb. "Report"un məlumatına görə, bu, Azərbaycan Milli Karate Federasiyasıdır.

Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb. AMKF-in I vitse-prezidenti Rəhman Həsənov "Report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib: "Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".

Bankın mətbuat xidmətindən "Report"a tərəflər arasındakı müqavilə müddətinin 2016-cı il dekabrın 31-də başa çatdığı və yeni müqavilənin imzalanmadığı bildirilib: "Bu, ABB-nin sağlamlaşdırılması çərçivəsində atılan addımlardan biridir".

Qeyd edək ki, yanvarın 27-də ABB-nin İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna da sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi