Azərbaycan badmintonçusu: Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan

Azərbaycan badmintonçusu: Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan Olimpiadada uğur qazanmaq istəyirsənsə güclü səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan.
Fərdi
31 İyul , 2024 20:05
Azərbaycan badmintonçusu: Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan

Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan.

"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo deyib.

O, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:

“Ardıcıl olaraq ikinci olimpiadada hazırda "top-3"də qərarlaşan Antonsen kimi güclü badmintonçu ilə qarşılaşdım. İstər-istəməz həyəcan var idi. İlk setdə bu baxımdan çətin oldu. İkinci setdə isə daha yaxşı çıxış etdim. Lakin rəqibin təcrübəsi daha çoxdur. Püşkdən şikayətlənə bilmərəm. Olimpiadada uğur qazanmaq istəyirsənsə, bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan".

Qeyd edək ki, idmançımız E qrupundakı sonuncu matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb və 0:2 (12:21, 14:21) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi