Azərbaycan badmintonçusu beynəlxalq turnirin əsas mərhələsinə yüksəlib

Azərbaycan badmintonçusu beynəlxalq turnirin əsas mərhələsinə yüksəlib Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkokda keçirilən HSBC BWF WORLD TOUR SUPER 500 seriyalı "GR TOYOTA GAZOO RACING Thailand Open 2022" turnirində kişilərin şəxsi yarışında əsas mərhələyə yüksəlib.
Fərdi
17 May , 2022 19:01
Azərbaycan badmintonçusu beynəlxalq turnirin əsas mərhələsinə yüksəlib

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkokda keçirilən HSBC BWF WORLD TOUR SUPER 500 seriyalı "GR TOYOTA GAZOO RACING Thailand Open 2022" turnirində kişilərin şəxsi yarışında əsas mərhələyə yüksəlib.

Federasiyadan "Report"a verilən məlumata görə, mübarizəyə təsnifatdan başlayan idmançı ilk görüşündə misirli Hatem Adhama 2:0 (21-10,21-15) hesabı ilə qalib gəlib.

O, əsas mərhələyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya təmsilçisi Maks Veisskirheni 2:0 (21-11,21-19) hesabı ilə məğlub edib.

Dviçayo 1/16 finalda malaziyalı Li Zi Jia ilə üz-üzə gələcək. Görüş mayın 18-də keçiriləcək.

Qeyd edək ki, Li Zi Jia dünya reytinqində 6-cı sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi