Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb
Fərdi
- 08 sentyabr, 2026
- 22:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan atleti Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında dünya çempionatının qalibi olub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından "Report"a verilən məlumata görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.
Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.
Tehran Məmmədov toplamda 289 kq nəticə ilə dünya çempionatının qalibi adını qazanıb.
Bununla da o, tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.
Азербайджанский тяжелоатлет Техран Мамедов взял золото чемпионата мира в Дохе
Tehran Mammadov wins world student weightlifting title
Son xəbərlər
18:39
Foto
Peşəkar Çövkən Liqasına yekun vurulub
Komanda
18:30
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Xarici siyasət
18:27
SEPAH: Buşehr sahillərində ABŞ-nin kəşfiyyat PUA-sı vurulub
Region
18:26
Slovakiyada məktəbdə zərərli maddə sızıntısı olub, 40 nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
18:18
Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb
Digər ölkələr
18:12
Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib
Region
18:09
Azərbaycan cüdoçusu Ramazan Əhmədov dünya çempionatında gümüş medal qazanıb
Fərdi
17:56
Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək
Komanda
17:49
Foto
Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb
Xarici siyasət