Avropa çempionu avtomobil qəzasında ölüb
Fərdi
- 10 yanvar, 2017
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 yanvar. REPORT.AZ/ Boks üzrə Avropa çempionu Denis Yankin avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
"Report"un məlumatına görə, hadisə Rusiyanın Kemerovo vilayətinin Çuqunaş - Şereqeş yolunun 16-cı km-də baş verib.
Qəzada boksçu ilə yanaşı, daha iki nəfər ölüb. Şereqeş qəsəbəsinin adminstrasiyası ölənlərin sürücü, D.Yankin və onun qonaq gələn dostunun olduğunu bildirib.
Yerli polis qəzanın sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verdiyini açıqlayıb. Bildirilib ki, "Lada Granta" markalı avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə sürücü, 35 və 37 yaşında iki sərnişin dünyasını dəyişib.
Son xəbərlər
19:55
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Fərdi
19:52
Foto
Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Daxili siyasət
19:39
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb
Digər ölkələr
19:25
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
Futbol
19:07
Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 12 oyunluq cəzalandırıla bilər
Futbol
19:06
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Xarici siyasət
19:01
Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Region
18:52
G-20 sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir – Rəy
Xarici siyasət
18:39
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
İnfrastruktur