Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri açıqlanıb

Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri açıqlanıb Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.
Fərdi
129
14 Noyabr , 2021 13:20
Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri açıqlanıb

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda Almaniya yığması ilə, qadınlar isə Gürcüstanla üz-üzə gələcək.

Avropa çempionatı, III tur

Kişilər

Azərbaycan - Almaniya

Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu

Teymur Rəcəbov - Aleksandr Donçenko

Rauf Məmmədov - Vinsent Keymer

Nicat Abbasov - Mattias Blübaum

Qadınlar

Azərbaycan - Gürcüstan

Günay Məmmədzadə - Nana Caqnidze

Gülnar Məmmədova - Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva - Meri Arabidze

Xanım Balacayeva - Salome Melia

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. İlk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib. Hazırda Azərbaycanın kişilərdən ibarət komandası 1-ci, qadın millisi isə 2-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi