Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Fərdi
17 Mart , 2023 21:44
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada rumıniyalı Amina Kapezanla qüvvəsini sınayıb. Rəqibinə 5:6 hesabı ilə uduzan Soltanova gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın qadın güləşçilərinin qitə yarışında 3-cü medalı olub. Daha əvvəl Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) Avropa 3-cüsü olub.

20:34

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russo ilə üz-üzə gəlib. Rəqibini 6:2 hesabı ilə məğlub edən Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

53 kq-da yer alan Gültəkin Şirinova isə bürünc medal qarşılaşmasında moldovalı Mariana Draqatuna uduzaraq 5-ci yerlə kifayətlənib.

Bu gün, həmçinin, 65 kq-da Birgül Soltanova final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Amina Kapezan olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi