Azərbaycanın gənclərdən ibarət qrup komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə iki bürünc medal qazanıb.
"Report"un məlumatına görə, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv çoxnövçülük və 5 topla hərəkətlərdə fəxri kürsüyə qalxıb.
Qrup komandası 5 topla hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq, üçüncü yeri tutub. Kollektiv 5 iplə hərəkətlərdə isə 28.500 xal toplayaraq dördüncü olub.
Azərbaycan komandası təsnifatda 5 ip (29.450) və 5 topla (29.000) hərəkətlərin cəmində isə 58.450 xal alaraq bürünc medala layiq görülüb.
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatına start verilib.
“Report”un məlumatına görə, mübarizə gənclər arasında beş ip və beş top yarışları ilə başlayıb.
Azərbaycanın Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası beş ip yarışlarında 29.450, beş top yarışlarında isə 29.000 xal toplayıblar.
Hər iki hərəkətdə 3-cü yer tutan Azərbaycan komandası finala yüksəlib.
İki hərəkətin cəmində 58.450 xal toplamış komanda çoxnövçülükdə bürünc medal qazanıb.