Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında ilk günü iki medalla başa vurublar.
"Report"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, son olaraq Nihad Rəhimov (60 kq) üçüncü yer uğrunda qarşılaşmada İsraildən olan Şalev Kohenə uduzub.
Diana Eldarova (48 kq) isə bürünc medal görüşündə Sofia Zaxarova ilə bacarmayıb.
Daha əvvəl Bahadır Feyzullayev Avropa çempionu olub, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, turnir iyunun 30-da başa çatacaq.
Azərbaycanın yeniyetmə cüdoçusu Bahadır Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.
Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.
Daha əvvəl eyni çəkidəki Məhəmmədəli Hüsiyev bürünc mükafat əldə edib.
Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar. Yarış iyunun 30-da başa çatacaq.
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Şavarş Nahapetyanla üz-üzə gəlib.
Rəqibə qalib gələn Hüsiyev yarışda üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün Bahadır Feyzullayev (50 kq) final, Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Turnir iyunun 30-da başa çatacaq.