Avropa Atletika Assosiasiyasının prezidenti postunda qalıb - YENİLƏNİB
- 13 aprel, 2019
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiyanın Praqa şəhərində Avropa Atletika Assosiasiyasının XXVI konqresi keçirilir.
"Report"un məlumatına görə, konqresdə qurumun prezidenti seçilib.
Bu posta təşkilatın hazırkı rəhbəri Svein Arne Hansen yenidən layiq görülüb.
*** 12:12
Çexiyanın Praqa şəhərində Avropa Atletika Assosiasiyasının XXVI konqresi keçirilir.
"Report"un məlumatına görə, qurumun yeni prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvləri bu konqresdə seçkilər vasitəsilə müəyyənləşəcək.
Burada seçkilərlə yanaşı, 2017-2018 ci illərin maliyyə hesabatları və 2020-2023-cü illər üçün maliyyə planlarının təsdiqlənməsi də baş tutacaq.
Azərbaycan Atletika Federasiyanın baş katibi Məhərrəm Sultanzadə də Konqresdə iştirak edir.
Konqres aprelin 14-də başa çatacaq.