Qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədov üçün "narkotik"i atası Abdulmanap Nurməhəmmədov əvəzləyir.
"Report" xəbər verir ki, bu barədə ata Nurməhəmmədovun özü Octagon TV-yə açıqlamasında bildirib. O, ailəsinin sağlam həyat tərzi sürdüyünü və alkoqoldan istifadə etmədiyini söyləyib: "Həbibin dopinqi nədir? Xəngəl, ət, bal, noxud və qara kürü. Sağlam qidalanma üçün hər şey edirik və buna görə peşman deyilik. Nə o, nə də mən alkoqol qəbul etmişik".
A.Nurməhəmmədov həmçinin, oğlunun sentyabrın 7-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə amerikalı Dastin Poryö ilə keçirəcəyi döyüşdə yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) kəmərini müdafiə edəcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov indiyədək keçirdiyi 27 döyüşün hamısından qalib ayrılıb. O, sonuncu görüşünə 2018-ci ilin 6 oktyabrında çıxıb və Konor Makqreqora qalib gələrək, UFC çempionu titulunu qoruyub. 30 yaşlı idmançı titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə diskvalifikasiya edilib.
Manaf Qasımbəyli