Amerikalı pilot yarış zamanı həlak olub
Fərdi
- 11 avqust, 2025
- 10:30
Amerikalı sürücü Robbi Brüer Şimali Karolinada "Sportsman" yarışı zamanı həlak olub.
"Report" "CBS Sports"a istinadən xəbər verir ki, 53 yaşlı pilotun avtomobili döngədə böyük sürətlə səddə çırpılıb.
İlkin məlumatlara görə, hadisənin səbəbi sürücünün sükan arxasında keçirdiyi ürəktutması olub. Xilasedicilər R.Brüeri çıxarmaq üçün avtomobilin gövdəsinin hissələrini kəsməli olublar. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, yarışın təşkil olunduğu Bouman-Qrey trekində pilotun məhz ürəktutması nəticəsində həlak olduğu dördüncü haldır.
Son xəbərlər
06:20
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Digər ölkələr05:55
Fırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
Digər ölkələr05:21
OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb
İKT04:48
Avropa İttifaqı Afrikada əhaliyə 710 milyon avro ayıracaq
Digər ölkələr04:15
Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
Digər ölkələr03:52
ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb
Digər ölkələr03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16