AIBA çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib

AIBA çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib Bakı. 3 noyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının Konqresi (AIBA) Yay Olimpiya Oyunlarında çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib.
Fərdi
3 Noyabr , 2018 10:59
AIBA çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının Konqresi (AIBA) Yay Olimpiya Oyunlarında çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib.

“Report” xəbər verir ki, kişilərin mübarizəsində 49 kq və 60 kq çəkilər ləğv edilib.

Həmçinin 56 kq və 64 kq çəki dərəclərinə dəyişiklik olunub. Beləliklə, boksçular 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından etibarən, səkkiz - 52 kq, 57 kq, 63 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və +91 kq çəki dərəcələri üzrə yarışacaqlar. Oyunlarda 214 idmançı iştirak edəcək.

Bunadək isə qadınların yarışına 2 çəki dərəcəsi əlavə olunub. Xanım boksçular 51 kq, 60 kq və 75 kq ilə yanaşı, 5769 kq çəki dərəcələri üzrə də mübarizə aparacaqlar. Oyunlarda 72 boksçu çıxış edəcək. Həmçinin peşəkar boksçuların da Oyunlarda iştirakına limit tətbiq olunub. İdmançıların təsnifat mərhələsində ən azı 15 peşəkar döyüşü olmalıdır.

Qeyd edək ki, AIBA-nın Konqresi Rusiyanın paytaxtı Moskvada keçirilir və bu gün başa çatacaq.

Son xəbərlər

Orphus sistemi