Ağırlıqqaldıranımız növbəti dəfə Avropa çempionu oldu

Ağırlıqqaldıranımız növbəti dəfə Avropa çempionu oldu Azərbaycanın daha iki təmsilçisi yarışda qüvvəsini sınayacaq
Fərdi
266
5 Aprel , 2021 19:21
Ağırlıqqaldıranımız növbəti dəfə Avropa çempionu oldu

Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında körpücük üzərinə çıxıb.

"Report" xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.

Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.

Son xəbərlər

Orphus sistemi