ADBTİA-da Zəfər sərgisi təşkil edilib

ADBTİA-da Zəfər sərgisi təşkil edilib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Zəfər sərgisi təşkil edilib
Fərdi
2 Noyabr , 2021 16:18
ADBTİA-da Zəfər sərgisi təşkil edilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Zəfər sərgisi təşkil edilib.

ADBTİA-nın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, sərgidə 44 günlük müharibənin əsas məqamlarını, kədərli və zəfər anlarını, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin tvitlərindən bəzilərini əks etdirən 44 fotoşəkil nümayiş olunur.

Sərgi zalında, səhnədə böyük ekranda isə 13 şəhid məzun haqqında ADBTİA Multimedia Mərkəzinin hazırladığı videoçarx göstərilib. Həmçinin, şəhid məzunların adlarına hazırlanmış və ailələrinə göndəriləcək plaketlər və şüşə heykəlciklər sərgidə nümayiş etdirilir.

Sərginin açılış mərasimində əvvəlcə Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına və Şəhidlər güşəsinə əklillər qoyulub. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca, Vətən müharibəsi günlərində Akademiyanın Vətənpərvərlik nümunəsi olan fəaliyyətinə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADBTİA-nın rektoru Fuad Hacıyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordunun torpaqları işğaldan azad etməsinin tarixə qızıl hərflərlə yazılan möhtəşəm hadisə olduğunu bildirib. Müharibənin ilk günlərindən Akademiyanın cəbhəyə dəstək olduğunu qeyd edən rektor, ali təhsil ocağının könüllü olaraq müharibəyə yollanan 75 tələbə və magistrinin düşmənə qarşı qəhrəmancasına vuruşduğunu qeyd edərək, Vətən uğrunda canlarından keçən şəhidlərdən 13-nün ADBTİA-nın məzunu olduğu bildirib.

O qeyd edib ki, Akademiya tərəfindən şəhid-məzunlarının adlarını əbədiləşdirmək üçün onların adlarına fəxri təqaüdlər təsis edilib və yeni istifadəyə verilmiş tədris korpusunda auditoriyalara onların adları verilib. F.Hacıyev Akademiyanın Elmi Tədris Laboratoriyasında indiyədək 78 yaralı hərbçinin Böyük Britaniyanın UCL universitetinin və Avstriyanın Complex Core şirkətinin tibbi reabilitasiyaya protokolları əsasında müalicəyə cəlb edildiyini bildirib.

ADBTİA Multimedia Mərkəzinin hazırladığı, Zəfər günlərini əks etdirən 44 saniyəlik videoçarxın nümayişi ilə sərgi fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi